Dəyirmi masa keçirildi

    Vətənimizin azadlığı və  müstəqilliyi  uğrunda  şəhid   olanlar heç vaxt unudulmur. Onlar bir igidlik rəmzi kimi hər zaman qəlbimizdə yaşayırlar.Bu gün məktəbimizin məzunu, fəxrimiz ,Binə qəsəbəsinin ilk şəhid oğlu Əmirəhməd Quliyevin  doğum gününə həsr olunmuş “Dəyirmi masa” keçirildi.Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.Şəhidin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.

    Tədbirdə Təlim-Tərbiyə İşləri üzrə direktor  müavini Həməşəxanım Bayramova ,tarix müəllimləri Şahnaz Dadaşova ,Könül Əliyeva  və  VIII sinif şagirdləri iştirak edirdi.

    Masanı giriş sözü ilə tarix müəllimi Şahnaz Dadaşova açaraq şəhidin qısa və şərəfli həyat yolu haqqında məlumat verdi.Əmirəhməd Quliyev 1966-cı il fevralın 18-də Binə qəsəbəsində anadan olmuşdur.121 N`-li məktəbin VIII sinfini bitirdikdən sonra Bakı Elektrik Rabitə Texnikumunda təhsilini davam etdirmişdir.1991-ci ilin dekabrında vətənin yağı düşməndən azad edilməsi uğrunda döyüşlərdə mərdliklə vuruşub.Əmirəhməd Kərkicahan uğrunda gedən döyüşlərdə pulemyotçu kimi döyüşüb.Qəhrəman əsgərimiz Yağlıtəpə yüksəkliyində kəşfiyyata gedərkən snayper gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucalmışdır.

    Şəhidin  təhsil aldığı məktəb indi onun adını daşıyır.

    Tədbirin sonunda şəhidin məktəbdəki büstü ziyarət olundu ,əziz xatirəsi böyük ehtiram və minnət hissi ilə anıldı.Allah şəhidlərimizə rəhmət eləsin ! Onların ruhu artlq dinclik tapmışdır çünki,artıq Azərbaycan ordusu işğal edilmiş torpaqlarımızı düşməndən azad etmişdir.

    Qarabağ Azərbaycandır!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi