"Ana dili aylığı" çərçivəsində nümunəvi dərslər keçirildi

    Məktəbin illik fəaliyyət planına uyğun olaraq şagirlərin müxtəlif fənlər üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə imkanlarının artırılması, əməkdaşlıq bacarıqlarının formalaşdırılması məqsədilə il ərzində müxtəlif fənn aylıqlarının keçirilməsi planlaşdırılmışdır. 
Bütün məktəblərdə olduğu kimi bizim məktəbtəbdə də  "Ana dili aylığı" çərçivəsində nümunəvi dərslər keçirilir. Növbəti dərs  3ç sinfində Pənahova Sevinc tərəfindən “Qaraca çoban" mövzusunda keçirildi.
    Dərsin bu formada keçirilməsi uşaqlar tərəfindən olduqca maraqla qarşılandı. Dərsdə təlim - tərbiyə işləri üzrə direktor müavini Ələkbərova Bahar, metodbirləşmə sədri Mürsəlova Könül , ibtidai sinif müəllimi Fərəcova Şəfəq,psixoloq Rzayeva Samirə iştirak etmişdir. Dərsdə müasir təlim metodlarından istifadə olundu.
     Dərs bitdikdən sonra nümunəvi dərs müzakirə olundu. Müəllimə uğurlar və təşəkkür edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi