" Uğurlu ünsiyyət qurmağın sirləri" mövzusunda profiləktik iş

    Qədim dövürlərdən bu günə kimi insanlar arasında yaranan münasibətə və informasiya mübadiləsinə ünsiyyət deyilir.
İnsanlar fərd kimi dünyaya gəlir ünsiyyət və fəaliyyət nəticəsində şəxsiyyətə çevrilirlər.Ünsiyyət insanın fərddən şəxsiyyətə çevrilməsində çox vacib bir rol oynayır.
Ünsiyyət vasitəsi ilə biz fikirlərimizi ifadə edirik və şəxsiyyətimizdən xəbər veririk .Qarşı tərəfi öz dünyagörüşümüzdən ,həyata baxışımızdan, xarakterimizdən ,
fikirlərimizdən xəbərdar edirik.Ünsiyyət qurarkən uğurlu ünsiyyət qaydalarından istifadə etsək daha səmərəli ünsiyyət qurmuş oluruq.
Uğurlu ünsiyyət qaydalarını şagirdlərə aşılamaq məqsədi ilə məktəb psixoloqu Samirə Rzayeva   X- XI sinif şagirdləri ilə "Uğurlu ünsiyyət qurmağın sirləri "mövzusunda profilaktik iş təşkil etdi.
    Psixoloq qeyd etdi ki, məktəbdə  sağlam psixoloji mühitin yaranması üçün 
uğurlu ünsiyyət qaydalarına riayət etmək vacib amillərdəndir.O qeyd etdi ki, ünsiyyət zamanı həm söhbətə maraqlı görünməyin ən gözəl qaydalarından biri həmsöhbət olmaqla yanaşı ,qarşı tərəfi diqqətlə dinləmək və empatiya qurmaq hissi ilə müşayət olunmalıdır. Əgər biz bunu səmimi ediriksə bədən dilidə bura qoşulur .Bu halda biz qarşı tərəfə mən səni hiss edirəm mən sənin yanındayam ifadələrini ona bədən dili ilə ifadə edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi