"İmtahan stressinə necə qalib gələk?"

    Araşdırmalar göstərir ki, normal səviyyədə olan stress uğurlu nəticə üçün  kömək olsada həddini aşan stress insanın performansına mənfi təsir etməklə yanaşı bədəndə narahatlıqların olması ilə də nəticələnir .
Şagirdlərin imtahan zamanı stressə düşməsinə təsir edən bir çox məqam var .Bunların əsasında ailə və sosial mühit faktoru  dayanır .Bu zaman isə şagird özünü təziq altında hiss edir. Bu kimi xoşagəlməz halların qarşısının alınması məqsədi ilə məktəb psixoloqu Samire Rzayeva 12.02.2024 cü il tarixində  XI sinif şagirdləri ilə   psixoprofilaktik iş təşkil etdi.
Psixoloq stresslə baş etmənin ilk addımı stress içində olduğunu dərk etməklə başlayır.Stressin səbəbini müəyənləşdirdikdə özünüzə problemi həll edəcek gücdə olub olmadıqımıza dair özümüzə sual veririk və özümüzü problemimizdən daha güclü daha bacarıqlı dərk etməyi bacarmaqla biz stressdən rahatlıqla azad ola bilərik .İmtahan həyəcanı yaşandığı zaman nəticəyə fokuslanmaq məsləhət görülmür. Araşdırmalar göstərir ki, stress qayğı yüksək olduğu zaman beyin tam qavramadığını qeyd etmişdir.
Psixoloq şagirdlərə bir sıra məsləhətlər verərək  motivasiyanın vacibliyini qeyd etmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi