" Hər bir dərsliyə uzun ömür " devizi altında siniflər arasında dərsliklərin saxlanılması vəziyyəti yoxlanılıb

    Məşhur rus yazıçısı M. Qorki demişdir: " Məndə olan bütün yaxşı xüsusiyyətlərə görə kitablara borcluyam."
Kitabla ehtiyatlı davranmaq, onu qorumaq lazımdır. Onun vərəqlərini korlamaq və ya çirkləndirmək olmaz. Kitablar tozu və nəmliyi sevmir. Onları qorumaq və qayğı göstərmək lazımdır. 
Dərsliklərin ümumi vəziyyətini yoxlamaq məqsədiylə məktəbimizin kitabxanaçısı Minayə Qasımova " Hər bir dərsliyə uzun ömür " devizi altında siniflər arasında dərsliklərin saxlanılması vəziyyətini yoxlayıb. Yoxlama zamanı dərsliklərin yaxşı vəziyyətdə olduğu məlum olub. Kitabxanaçı həmçinin şagirdlərə kitabxana haqqında geniş məlumat verdi və onlara kitabxanadan mütəmadi istifadə etməyi məsləhət gördü.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi