Metodşura iclası keçirildi

    Məktəbin direktoru Zaur Yusifovun sədrliyi ilə metodiki şura iclası keçirilmişdir. İclasda birinci yarımilin sonunda şagirdlərin yekun nailiyyətləri, böyük summativ qiymətləndirmənin nəticələri, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin yoxlamalarının hesabatı müzakirə edilmiş, fikir mübadiləsi aparılmışdır. Məktəbin direktoru Zaur Yusifov Agentliyin yoxlama hesabatı ilə iclas iştirakçılarını məlumatlandırmış, öz tapşırıq və tövsiyələrini vermişdir. Təlim-tərbiyə işləri üzrə direktor müavinləri Həmişəxanım Bayramova, Bahar Ələkbərova, Ceyhun Əsgərov tərəfindən böyük summativ qiymətləndirmənin nəticələri qoyulmuş suallar və cavablandırılma nisbəti əsasında təhlil edilmiş, müvafiq siniflərin və sinif qruplarının orta balları müqayisəli şəkildə diqqətə çatdırılmışdır. Həmçinin qiymətlərin təhlili baxımından humanitar, təbiət, dəqiq elmlərin mənimsənilmə faizləri ilə iclas iştirakçıları tanış edilmişdir. Qeyd edildi ki, təlim-tədris prosesinin təməlində keyfiyyət anlayışı durur və qiymətləndirmə keyfiyyətin ən əsas nizamlayıcı faktorudur. O səbəbdən də artıq ikinci yarımildən etibarən metodbirləşmə rəhbərlərinin summativ qiymətləndirmə vasitələrinin standartlara uyğun şəkildə hazırlanmasına xüsusi diqqət göstərmələri tapşırıldı. İclasın sonunda sözügedən məsələlərlə bağlı yekun qərarlar qəbul edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi