Məktəbin fənn birləşmə üzvlərinin iştirakı ilə qarşılıqlı dərsdinləmələrin müzakirəsi aparıldı

Məktəbin fənn birləşmə üzvlərinin iştirakı ilə qarşılıqlı dərsdinləmələrin müzakirəsi aparılmışdır. Müəllimlər dinlədikləri dərslərdə müşahidə etdikləri ilə bölüşmüş, prosesi müasir təlimin forma və üsulları, tələbləri baxımından təhlil etmişlər. Təlim-tərbiyə işləri üzrə direktor müavinləri Həmişəxanım Bayramova və Ceyhun Əsgərov Təhsildə Keyfiyyət Təminatı Agentliyinin təlimatları, tövsiyələri və tapşırıqları ilə müəllimləri tanış etmiş, tədris prosesinin səmərəli təşkili və şagird nailiyyətlərinin yüksəldilməsi istiqamətində bu xüsusların daima diqqətdə saxlanılmasının vacibliyini bildirmişlər. Bunlarla yanaşı, siniflərdə istər Bakı Şəhəri üzrə Təhsil İdarəsi, istərsə də məktəb rəhbərliyi tərəfindən aparılmış monitorinqlərin nəticələri üzərində müqayisələr edilmiş, müvafiq siniflərin fənlər üzrə yaxşı və zəif tərəfləri qeyd edilmişdir. Qarşılıqlı dərsdinləmələr və onların mütəmadi surətdə təhlilinin əhəmiyyəti vurğulanmış, bu məsələnin təcrübə mübadiləsi üçün də faydalı olması bildirilmişdir.