Kitabevin" book cafedə "İnkişafa gedən yol kitabdan keçir" mövzusunda seminar keçirildi

Məktəbimizin Azərbaycan dili və ədəbiyyat müəllimi Rzaqulu Məmmədov müxtəlif siniflərdə təhsil alan bir qrup şagirdi ilə Xırdalan şəhərində yerləşən "Kitabevin" book cafedə "İnkişafa gedən yol kitabdan keçir" mövzusunda seminar keçirib. Seminarın məqsədi şagirdlərin kitaba—oxumağa olan marağını artırmaq, uşaqlarda bədii qiraəti inkişaf etdirməkdir. İştirakçılara müəllim tərəfindən kitablar da hədiyyə edilib.