"20 Yanvar" faciəsinin 34-cü ildönümünə həsr olunmuş tədbir keçirildi

    "20 Yanvar" faciəsinin 34-cü ildönümünə həsr olunmuş tədbir keçirildi.Qanlı Yanvar faciəsinə həsr olunmuş tədbir Dövlət himnimizin səslənməsi ilə başladı.Daha sonra 20 Yanvar faciəsində və eyni zamanda torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi 1(bir) dəqiqəlik sükutla yad edildi.Məktəbin direktoru Yusifov Zaur çıxış edərək,xalqımızın tarixini və tarixi həqiqətlərini  özündə əks etdirən bu cür tədbirlərin keçirilməsinin olduqca vacib olduğunu qeyd etdi.O,çıxışına davam edərək bu cür tədbirlərin keçirilməsinin şagirdlərə vətənpərvərlik hissinin aşılanmasında önəmli rol oynadığını vurğuladı.Daha sonra məktəbin tədris işləri üzrə direktor müavinləri-Bayramova Həmişəxanım,Ələkbərova Bahar,Əsgərov Ceyhun və məktəbin hərbi rəhbəri Seymur müəllim çıxış edərək Azərbaycan xalqının tarixi həqiqətlərini özündə əks etdirən və şagirdlərə tarixi həqiqətlərin çatırılmasında mühüm rol oynayan bu cür tədbirlərin keçirilməsinin məqsədəuyğun olduğunu vurğuladılar.Qanlı Yanvar faciəsinin  tarixi faktları və həqiqətləri haqqında məktəbimizin Tarixi müəllimi Könül müəllim videoslayt üzərində çıxış edərək tədbir iştirakçılarına geniş məlum verdi.Daha sonra tədbir şagirdlərimizin hazırlamış olduqları "Qanlı Yanvar"faciəsinə həsr olunmuş səhnəcik və şeirlərin səsləndirilməsi ilə davam etdi.Vətənimizin və torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman şəhidlərimiz heç bir zaman unudulmayacaqdır!!!
ŞƏHİDLƏR ÖLMƏZ,VƏTƏN BÖLÜNMƏZ!!!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi