Abşeron Binə Peşə liseyinə ekskursiya təşkil olundu

    Hər bir ölkənin tərəqqisini şərtləndirən mühüm amillərdən biri milli təhsilin inkişafıdır. Ümumiyyətlə, ölkədə həyata keçirilən islahatlar, müasir infrastrukturun yaradılması nəticəsində təhsil sahəsində də yeni keyfiyyət dəyişiklikləri yüksək səviyyədə təmin olunub. Peşə təhsilinin inkişafı həm də müxtəlif sahələrdə kadr təminatı siyasətinin uğurla həyata keçirilməsinə imkan verir. Azərbaycanda kənd təsərrüfatı, sənaye, habelə yüksək texniki bilik tələb edən bir sıra sahələrdə kadr potensialına ciddi ehtiyac var. Bu ehtiyacı qarşılamaq üçün peşə təhsilinin inkişafı vacibdir. Gələcək ehtiyacları nəzərə alaraq Biologiya müəllimi Məcidova Turan və UBTR Sevda Əliyeva  məktəbin 7-8 ci sinif şagirdləri ilə Abşeron Binə Peşə liseyinə Ekskursiya təşkil etdilər. Liseyin direktor müavini Zərifə Ağayeva tədris olunan peşələr, zəngin laboratoriya avadanlıqları və onların işləmə mexanizmi haqqında ətraflı məlumat verdi. Şagirdləri maraqlandıran suallar ətraflı cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi