Şəxsiyyətlər unudulmur!

    Psixologiyada şəxsiyyəti sosial -psixoloji aspektdən təhlil edərkən sosial status anlayışının təhlilinə önəm verilir .Sosial status insanın cəmiyyətdə,konkret kollektivdə rolu və mövqeyini əks etdirir .Beləliklə Nadir tarixi şəxsiyyətlər isə əbədi olaraq yaddaşlara həkk olunur .Onlar təkcə mənsub olduqları xalqın deyil,bəşəriyyətin əvəzsiz inciləridir. Dünyada həyat həmin insanların xidməti hesabına bərqərar olur.Bu günki gündə biz belə şəxsiyyətlərdən  nümunə olaraq görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi ,Azərbaycan milli dövlətçiliyinin bütün təhlükələrdən xilas edib qoruyan və inkişaf etdirən  qüdrətli şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyətini böyük qürur hissi ilə qeyd edə bilərik. Müstəqil Azərbaycan dövləti və dövlətçiliyi Heydər Əliyevin şah əsəridir. Heydər Əliyev 10 may 1923 cü ildə Naxçıvan şəhərində anadan olmuş 2003 cü il 12 dekabr tarixində müalicə olunduğu Klivlend klinikasında ABŞ - da vəfat etmiş dekabrın 15 - də Bakıda Fəxri Xiyabanda dəfn olunmuşdur.
Xalqımız 12 dekabr Ulu Öndər Heydər  Əliyevin anım günü kimi böyük el məhəbbəti, minnətdarlıq hissi ilə qeyd edir. 
Məktəb psixoloqu Samirə Rzayeva 12.12.2023 cü il tarixində məktəbin 8 a sinif şagirdləri ilə " Şəxsiyyətlər unudulmur mövzusunda  dəyirmi masa təşkil etdi. Psixoloq təhsil alanlara Şəxsiyyət  Heydər Əliyev haqqında geniş məlumat verərək onun həyat və quruculuğu haqqında hazırlanan vidio çarx izləndi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi