İnşa yazı müsabiqəsi elan edildi

"Təhsili dəyərə çevirək" devizi altında "Ekoloji aylıqlar" layihəsi üzrə "Azərbaycan tarixi və etnoqrafiyası" mövzusuna həsr olunmuş tədbirlər davam etdirilir. Hörmətli şagirdlər!...Təhsil aldığınız məktəb 1934-cü ildə inşa edilmiş və qəsəbənin ilk təhsil müəssisəsi olmuşdur.Məktəbin tarixi haqqında biliklərinizi daha da təkmilləşdirmək,məktəbin keçdiyi tarixi yolu öyrənmək məqsədilə aylıq çərçivəsində "Məktəbimizin tarixini unutmayaq" mövzusunda inşa yazı müsabiqəsi elan edilir.İnşa yazı müsabiqəsi üçün yazılan inşa yazılar 25 fevral 2017-ci il tarixədək təşkil olunmuş komissiyaya təhvil verilməlidir.Sizə kömək məqsədilə saytın"Videoqalereya" səhifəsində yerləşdirilmiş "121 nömrəli tam orta məktəbin tarixindən səhifələr" adlı slayddan geniş istifadə edə bilərsiniz (https://www.youtube.com/watch?v=h_rmAALgxbg ) Slaydda məktəb haqqında tarixi məlumatlar xronoloji ardıcıllıqla yerləşdirilmişdir.Yəqin ki,çox keçmişi öyrənmək üçün,baba,nənə və valideyn köməyinə ehtiyacınız olacaqdır. İnşa müsabiqəsinin qalibi rəhbərlik tərəfindən rəğbətləndiriləcəkdir.Gəlin hamılıqla bu müsabiqəyə qatılaq.Tariximizi unutmayaq, daima yaşadaq,öyrənək və təbliğ edək.Bütün iştirakçı şagirdlərə uğurlar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi