Təsviri incəsənət müəllimi Quliyeva Bayramnisə " təbiəti qoruyaq "  layihəsinə dair rəsm sərgisi təşkil etdi

Məktəbimizin təsviri incəsənət müəllimi Quliyeva Bayramnisə " təbiəti qoruyaq "  layihəsinə dair rəsm sərgisi təşkil etdi. Sərgidə şagirdlərin təbiətlə bağlı çəkdikləri rəsm işləri nümayiş olunurdu.
Sərginin yaradılmasında məqsəd şagirdlərdə təbiətə sevgi, məhəbbət yaratmaq, onun qorunmasında yaxından iştirak etmək idi. 
Təlim tərbiyə işləri üzrə direktor müavini Bayramova Həmişəxanım və Əsgərov Ceyhun, tərbiyə üzrə direktor müavini Kərimova Elnarə sərgiyə baxış keçirdilər və nəticə olaraq Əmirxanov Hüseyn və Mərdiyeva  Maya 1-ci yer, Mikayılova Rüqəyya və Mahmudova Lalə 2-ci yer, Rəhimova Nərmin nə Məmmədzadə Nübar 3-cü yerə layiq görüldülər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi