Pedaqoji İclas keçirildi

Növbəti Pedaqoji Şura iclas keçirildi. İclası giriş sözü ilə açan məktəbin direktoru Zaur Yusifov gündəlikdə duran məsələləri pedaqoji kollektivin diqqətinə çatdırdı, sentyabr, oktyabr, noyabr aylarında görülmüş işlərlə bağlı dəyərləndirmələr etdi. Xüsusi xidmətləri ilə fərqlənilən müəllimlərdən Zəkiyyə Çələbiyeva, Əlizadə Əli, Xəyalə Abbasova, Könül Mürsəlova məktəb direktoru tərəfindən təltif edildilər. İclasda həmçinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri Həmişəxanım Bayramova, Bahar Ələkbərova və Ceyhun Əsgərov, məktəbin təşkilatçısı Elnarə Kərimova çıxış edərək müvafiq məsələlər haqqında ətraflı məlumat verdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi