Dəyirmi masa keçirildi

    Məktəbimizin Rəqəmsal bacarıqlar və STEAM müəllimi  Abbasova Xəyalə müəllim tərəfindən " Təbiəti qoruyaq " layihəsi çərçivəsində dəyirmi masa keçirildi.Tədbirdə təlim tərbiyə işləri üzrə direktor müavini Bayramova Həməşəxanım , Tərbiyə işləri üzrə direktor müavini Kərimova Elnarə, informatika fənni üzrə metodbirləşmə sədri Zəbiyeva Vəsilə müəllim iştirak etdi.

    Təbiəti qorumaq hər bir insanın başlıca vəzifəsi və borcudur. Vətənimizin zəngin təbiəti, fauna və florasını qorumaq məhz bizim övladlıq borcumuzdur. Bu gün hər bir Azərbaycan övladı ətraf mühitə qoruyucu nəzərlərlə baxmalı, təbiətdən zövq almalı, ana yurdun təbiətinin keşiyində dayanmalıdır.Dəyirmi masada həmçinin şagirdlərimiz torpaqlarımız işğalda olarkən düşmənin təbiətimizin flora və faunasına vurduğu ziyanlar haqqında məlumat verdilər. 

    Daha sonra 5-ci sinif şagirdlərimizin  " Təbiəti qoruyaq " mövzusunda hazırladıqları maarifləndirici cizgi filmi nümayiş etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi