Ümummilli  liderimiz Heydər Əliyev anım gününə həsr olunan məktəblər arasında voleybol yarışı keçirildi

    7 dekabr 2023-cü il tarixində 26 nömrəli tam orta məktəbdə Ümummilli  liderimiz Heydər Əliyev anım gününə həsr olunan məktəblər arasında voleybol yarışı keçirildi. Yarışda 121 nömrəli tam orta məktəb 1-ci yerə, 326 nömrəli tam orta məktəb 2-ci yerə, 26 nömrəli tam orta məktəb 3-cü yerə layiq görüldülər.  121 nömrəli tam orta məktəbin komandasının üzvləri olan məktəbin direktoru Zaur Yusifovu, həmçinin Rahidxan Bayramovu, Əvəz Rüstəmovu, Şıxamir Qurbanovu, Yeganə Süleymanovanı, Vüsal Hüseynlini, Zəkiyyə Çələbiyevanı, Könül Həsənovanı,Sevinc Pənahovanı təbrik edir, onlara uğurlar arzulayırıq. Qonaqpərvərliyə və yarışı yüksək səviyyədə təşkil etdiklərinə görə 26 nömrəli tam orta məktəbin rəhbərliyinə, Xəzər Rayon Azad Həmkarlar Təşkilatının sədri Həzərxan müəllimə və Xəzər Rayon Gənclər və İdman idarəsinin Rəhbəri Gündüz müəllimə öz təşəkkürümüzü bildiririk.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi