“Təbiəti qoruyaq” adlı layihə planına uyğun olaraq açıq dərs təşkil olunmuşdur

    Elm və Təhsil nazirliyi tərəfindən “Təbiəti qoruyaq” adlı layihə planına uyğun olaraq açıq dərs təşkil olunmuşdur. Açıq dərsdə məktəbimizin tədris və təlim-tərbiyə işləri üzrə direktor müavinləri-Bayramova Həmişəxanım, Kərimova Elnarə və təbiət fənləri üzrə metodbirləşmə rəhbəri Kərimova Sevinc iştirak etmişdir. Açıq dərsin təşkil olunmasında iştirak edən, biologiya fənn müəllimi-İsgəndərova Lamiyə qlobal ekoloji problemlər və bu problemlərin həlli üçün hansı tədbirlərin görüləcəyi barədə məlumat vermişdir. Dərsin sonunda təbiəti qorumaq üçün bir addım ataraq şagirdlərin də yardımı ilə məktəbin həyətində ağac əkilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi