Şagirdlərin məktəbdənkənar asudə vaxtı təşkil olundu

    Məktəbin təşkilatçı müavini Elnarə Kərimova fəaliyyət planına uyğun olaraq V sinif şagirdləri ilə muzeylərə ekskursiya təşkil etdi.Şagirdlər muzeylərdə bələdçilər vasitəsi ilə bir çox eksponatlarla tanış oldu dəyərli məlumatlar alaraq dünyagörüşlərin artırdılar.Çox maraqlı əyləncəli dolu bir gündə şagirdlərimiz həmdə gözəl istirahət etdilər.   
Məktəblilərin asudə vaxtının səmərəli şəkildə təşkili vacib məsələlərdən biridir. Çünki sağlam əqidənin formalaşması, güclü iradənin inkişafı, müsbət əxlaqi keyfiyyətlərə yiyələnmə və ümumiyyətlə, sağlam gəncliyin təməli düzgün təşkil olunmuş asudə vaxtdan da asılıdır. Şagirdlərin məktəb mühitində əldə etdikləri bilik, bacarıq və vərdişlər qədər dərsdənkənar fəaliyyətləri də onların hərtərəfli şəxsiyyət kimi formalaşmasının bir parçasıdır. Məlumdur ki, yeniyetmələr arasında narkomaniya və alkoqolizm meyillərinə, hüquq pozuntuları və cinayətkarlıq hallarına bəzən rast gəlinir. Bu xoşagəlməz halların aradan qaldırılması və intellektual və mənəviyyatlı Azərbaycan gənclərinin yetişməsi üçün onların boş vaxtlarının düzgün şəkildə təşkili diqqət mərkəzində olmalıdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi