Mübarizliyin zirvəsində olan Mübariz!

Hər il olduğu kimi 7 fevral xalqımızın milli qəhrəmanı Mübariz İbrahimovun doğum günü fəxrlə qeyd olunur. Milli vətənpərvərlik tərbiyəsinin ən yüksək nümunəsi olan mərd,qəhrəman oğullarımız,eləcə də, vətənin bütövlüyü,azadlığı uğrunda canından keçən şəhidlərimiz haqqında məktəbdə müntəzəm olaraq tədbirlər keçirilir. 7 fevral 2017-ci il tarixində 8b sinfinin hazırladığı “Mübarizliyin zirvəzində olan Mübariz!” başlığı altında geniş tədbir keçirildi. Tədbirdə şagirdlər Mübarizə həsr olunmuş şeirlər söylədi, videoçarxlar izlənildi. Qəhrəmanın keçdiyi həyat yolu haqqında şagirdlərə məktəbin təşkilatçısı Elnarə Kərimova məlumat verdi və bildirdi ki, şəhidliyin zirvəsində olan qəhrəmanımızı xalqımız,tariximiz heç vaxt unutmur. Gələcək nəslin təlim-tərbiyəsində vətənpərvərlik ruhunu yüksəltmək məqsədilə sinif rəhbəri Ülviyyə Pəncəliyeva , Uşaq Birliyi rəhbəri Sevda Əliyeva, tarix müəllimi Şahnaz Dadaşova tədbirdə vətənin azadlığı uğrunda şəhid olmuş digər milli qərəmanlar haqqında da şagirdlərə məlumatlar verdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi