“Milli Dirçəliş Günü”nə həsr edilmiş “ Dəyirmi Masa ” keçirildi

    17 noyabr   Milli  Dirçəliş Günü   Azərbaycan  xalqının  istiqlaliyyət  uğrunda  apardığı  mübarizənin  əsas mərhələlərindən biridir. Xalqımızın milli  mənlik şüurunun  oyanış  günü olan  17 noyabra  həsr  olunmuş  “Dəyirmi Masa”  keçirildi. Masada  tarix müəllimi Şahnaz  Dadaşova,ədəbiyyat   müəllimi Səmral Ələkbərova  və  VIII, IX sinif şagirdləri iştirak etdilər.Şahnaz   Dadaşova  şagirdlərə  Azərbaycanın  müstəqillik tarixi  və  Milli Dirçəliş günü haqqında  ətraflı  məlumat  verdi. VIIIb  sinif  şagirdi  Hüseyn  Məmmədzadənin  hazırladığı  videoçarx  nümayiş olundu, ulu  öndər  Heydər  Əliyevin  tarixi  çıxışı  dinlənildi.1988-ci il  noyabrın  17-də xalq  Bakı  şəhərində  Azadlıq  meydanına  toplaşmaqla 70 il Azərbaycanı  müstəmləkə  əsarətində  saxlayan Sovet imperiyasına  qarşı  ilk kütləvi  etiraz  səsini  qaldırdı. Bu, Azərbaycan  xalqının  milli - azadlıq  hərəkatı  idi.Mitinqlər  zamanı  Azadlıq  meydanında  ilk  dəfə Azərbaycanın  milli  bayrağı  qaldırılıb  və  Sovet İttifaqından  ayrılmaq  məsələsi  gündəliyə  gətirilib. Azadlıq  meydanından  başlanan  xalq hərəkatı   tezliklə  bütün  SSRİ –də  geniş etirazlarla davam  edib və  nəhayət  1991-ci ilin  dekabrında Sovet  İttifaqı  dağılıb.VIII – IX sinif  şagirdləri  öz  çıxışlarında  bu günün  mahiyyət və  əhəmiyyətindən  bəhs  etdilər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi