İngilis dilindən " Breyn-rinq" yarışı keçirildi

    İngilis dili müəllimləri Şəlalə Məmmədova və Ülkər Məmmədovanın 7-ci siniflər arasında "Brain-ring " bilik yarışması keçirilmişdir. Yarışda metodbirləşmə sədri Nazdıxanım Dadaşova,İngilis dili müəllimləri Günel Bayramova, Nuranə Əskərova,ibtidai sinif müəllimi Şəlalə Əliyeva iştirak etmişdir.Şagirdlər komandalara bölünərək müəyyən edilmiş vaxt ərzində sualları cavablandırdılar.Suallar şagirdlərin ingilis dili fənni üzrə bilik və bacarıqlarını eyni zamanda qrammatika və söz ehtiyatlarını yoxlamaq məqsədi ilə açıq və qapalı tipli suallar şəklində tərtib olunmuşdur. Əldə olunan nəticələrə əsasən I yerə 7b sinifi, ll yerə 7c sinifi, lll yerə 7ç və 7d sinifləri layiq görülmüşdür. Bütün komandalar sertifikat ilə təltif edilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi