Şagirdimiz Kərimli Xədicə Kübra "Uşaq İncəsənət Festivalında" rəqəmsal incəsənət nominasiyası üzrə peşəkar kateqoriyasında I yerə layiq görülmüşdür

    Şagirdimiz Kərimli Xədicə Kübra "Uşaq İncəsənət Festivalında" rəqəmsal incəsənət nominasiyası üzrə peşəkar kateqoriyasında I yerə layiq görülmüşdür.Şagirdimizin rəqəmsal bacarıqlar müəllimi Xəyalə Abbasovanın bu uğurda rolu böyük olmuşdur. Təqdimatın hazırlanmasında şagirdimizə hər zaman dəstək göstərmişdir.Şagirdimizin və müəllimimizin uğurlarının  davamlı olmasını arzulayırıq.

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı, “BP Azerbaijan” şirkətinin baş sponsorluğu ilə keçirilən Uşaq İncəsənət Festivalına (UİF) yekun vurulub.
Noyabrın 13-də Heydər Əliyev Mərkəzində festivalın bağlanışı və qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

Əvvəlcə Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini Fərqan Novruzov, elm və təhsil nazirinin müavini Həsən Həsənli, Mədəniyyət Nazirliyi Aparatının rəhbəri Xanlar Ağalarov, "BP" şirkətinin Xəzər regionunda xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli məkanda nümayiş etdirilən rəsm, bədii sənətkarlıq nümunələri, suvenirlər, zərgərlik və keramika məmulatları və s. ibarət sərgi ilə tanış olublar.

Tədbir çərçivəsində F.Köçərli adına Respublika Uşaq Kitabxanasının və A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının nəzdindəki “Oyuq” teatr-studiyasının əməkdaşları tərəfindən ustad dərsləri keçirilib.

Açılış nitqi söyləyən Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini Fərqan Novruzov qonaqları salamlayıb. Qeyd edib ki, mərkəz tərəfindən "Heydər Əliyev İli" çərçivəsində müxtəlif tədbirlər təşkil olunub. Bu layihələr arasında ən əhəmiyyətlilərindən biri də Uşaq İncəsənət Festivalıdır. O, festivalın qaliblərini təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Layihənin əhəmiyyətindən danışan elm və təhsil nazirinin müavini Həsən Həsənli festivalın ölkəmizin həm mədəni, həm də təhsil həyatında böyük rol oynayacağını söyləyib.

Çıxışlardan sonra festivalın qalibləri mükafatlandırılıb.

Fərdi və kollektiv nominasiya üzrə ümumilikdə 408 nəfər qalib olub.

Fərdi nominasiya üzrə 197 nəfər qalib adını qazanıb. Bunlardan 83 iştirakçı I (43 nəfər peşəkar, 40 nəfər həvəskar), 61 iştirakçı II (33 nəfər peşəkar, 28 nəfər həvəskar), 53 nəfər (22 nəfər peşəkar, 31 nəfər həvəskar) isə III yerə layiq görülüb.Xatırladaq ki, 22 nominasiyada, 18 fərdi, 4 kollektiv olmaqla 6-9, 10-13 və 14-17 yaş qrupları üzrə keçirilən festivala respublikanın bütün rayon və şəhərlərindən 27 minədək iştirakçı müraciət edib. Peşəkar və həvəskar kateqoriyaları üzrə təşkil olunan festivalın birinci mərhələsi aprel-iyun, ikinci mərhələsi iyul-avqust aylarını əhatə edib. Festivalın final mərhələsi isə 1-9 sentyabr tarixlərində Bakıda altı mədəniyyət müəssisəsində gerçəkləşib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi