Şah İsmayıl – böyük fateh” mövzusunda tədbir keçirildi.

Dünya tarixində elə tarixi şəxsiyyətlər vardır ki,onlar haqqında daima yazılır və tədqiqatlar aparılır.Belə şəxsiyyətlərdən biri də Şah İsmayıl Xətaidir.Türk dünyasında onu Alp Ər Tonqa ilə müqaisə edirdilər.Azərbaycan ərazilərini vahid bir dövlətdə birləşdirən Şah İsmayıl 1501-ci ildən Cənubi Azərbaycanda on iki imam şiəliyinə əsaslanan Səfəviliyi yayaraq 1509-cu ildə bütöv İran, Azərbaycan, İraq, Şərqi Anadolu və s. əraziləri vahid dövlətdə birləşdirmişdir.Səfəvilər xənadanının banisi Şah İsmayıl fateh idi.O,14 illik hakimiyyəti dövründə 14 əyalət fəth etmişdir.
Şah İsmayılın həyat və mübarizə yolu bugünkü gənc nəsil tərəfindən maraqla izlənilir və öyrənilir.Bu baxımdan məktəbin XI a sinif şagirdi Səid Bağırzadənin təşkilatçılığı ilə keçirilən “Şah İsmayıl – böyük fateh” mövzusundakı tədbiri maraqla qarşılandı.Onun birləşdirdiyi ərazilər,döyuş taktika və strategiyaları haqqında geniş məlumat verən Səid Bağırzadə sözü Ləman Məmmədzadə ,Vahidə Əliyeva və Aynur zərbəliyevaya verdi.Onlarda öz növbəsində Şah İsmayılın sərkərdəlik qabiliyyətindən,hökmdarlıq bacarıqlarından geniş məlumat verdilər.
Sonda məktəbin direktoru zaur Yusifov,Təlim işləri üzrə direktor müavini Ceyhun Əsgərov,tarix muəllimi Şahnaz Dadaşova və sinif rəhbəri Sevil Cəfərova maraqlı tədbir üçün şagirdlərə təşəkkür edərək tariximizin öyrənilməsində uğurlar arzuladılar.