"Zəfər Günü" ilə bağlı "Qarabağ Azərbaycandır!"-adlı şeir müsabiqəsi təşkil edilmişdir

"Zəfər Günü" ilə bağlı "Qarabağ Azərbaycandır!"-adlı şeir müsabiqəsi təşkil edilmişdir.Tədbirdə məktəbin direktoru Zaur Yusifov,Təlim və tərbiyə işləri üzrə direktor müavini Bahar Ələkbərova,Tərbiyə işləri üzrə direktor müavini,təşkilatçı Elnarə Xəlilova,Uşaq birliyi rəhbəri Sevda Əliyeva iştirak edirdilər.Müsabiqə məktəbin Azərbaycan dili və Ədəbiyyat üzrə metodbirləşmə rəhbəri Səlimova Əzizə və digər Azərbaycan dili və Ədəbiyyat müəllimləri Ələkbərova Səmral və Umarova Şəbnəm tərəfindən təşkil edilmişdir.Tədbirdə 6-9 -cu sinif şagirdləri iştirak edirdilər,onlar həm vətənpərvərlik mövzusunda müxtəlif şeirlər söylədilər,həm də bəzi şagirdlər Zəfər tariximizlə bağlı özlərinin qələmə aldığı şeirləri səsləndirdilər.Müsabiqənin sonunda şagirdlər fəxri fərmanla mükafatlandırıldılar.
I yer-Əhmədov Camal Amil oğlu-7a
II yer -Nağıyeva Nazilə Dəyanət qızı-8b
III yer-Eminli Xədicə Zahid qızı