Rəşadətli Azərbaycan Ordusunun qazandığı tarixi qələbə ilə bağlı tədbir təşkil edilmişdir

Tərbiyə işləri üzrə direktor müavini,təşkilatçı Elnarə Kərimovanın və Məktəbin Uşaq Birliyinin rəhbəri Sevda Əliyevanın rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusunun qazandığı tarixi qələbə ilə bağlı tədbir təşkil edilmişdir.Tədbir Azərbaycan Respublikasının üçrəngli bayrağının səhnə gətirilməsi ilə başladı, məktəbin idman müəllimlərinin şagirdlərə birgə hazırladığı Zəngəzu dəhlizinə aid simvol nümayiş etdirildi,daha sonra məktəbin direktoru Zaur Yusifov "Zəfər günü" ilə bağlı çıxış etdi və tədbir açıq elan olundu.Bədii hissədə 44 günlük Vətən müharibəsinin nəticəsi olan Şanlı "Zəfər Günü"dən,müharibə dövründəki hadisələrdən bəhs edilən səhnəciklər, müxtəlif kompozisiyalar şagirdlər tərəfindən nümayiş etdirildi.Tədbirdə məktəbin hərbi müəllimi,Vətən müharibəsi iştirakçısı ,Polkovnik Seymur Bilalovun çıxışı xüsusilə diqqətəlayiq idi.