"Hərbi Qənimətlər parkına və Şəhidlər Xiyabanı"na ekskursiya təşkil olundu

"Kiçik Akademiya"nın 2023-2024-cü tədris ilinin tədbirlər planına uyğun olaraq "Hərbi Qənimətlər parkına və Şəhidlər Xiyabanı"na ekskursiya təşkil olundu.Ekskursiya ibtidai sinif müəllimlərinin təşkilatçılığı ilə həyata keçirildi.Belə ki,ibtidai sinif müəllimi Həsənova Kəklik 1E sinifi,Əliyeva Əfsanə 2C sinifi,Məmmədova Aytəkin 3A sinifi,Çələbiyeva Zəkiyyə 3C sinifi,Salmanova Vüsalə 3G sinifi,Məmmədova Səidə müəllim,Nəcəfova Ellada 3B sinifi və Əkbərova Təranə 3Ə,siniflərinin iştirakı və təşkilatçılığı ilə ekskursiya təşkil olundu.Ekskursiyanın təşkil edilməsində məqsəd "Zəfər müharibəsi"həqiqətlərini şagirdlərə nümayiş etdirmək və Şanlı Zəfər tarixini bizə canı bahasına qazandıran igid oğullarımızın əziz xatirələrini yad etmək idi.Şanlı zəfər tariximiz ilə bağlı olaraq təşkil olunmuş ekskursiya "Şəhidlər Xiyabanı"nın ziyarət edilməsi və bizə tarixi zəfəri qazandıran igid oğullarımızın əziz xatirəsinin 1(bir) dəqiqəlik sükutla yad edilməsi ilə başladı.Təşkilatçı olan hər bir müəllim öz sinifinə şəhidlər və şəhidlik zirvəsinin müqqədəsliyi haqqında geniş məlumat verdi.Ekskursiya şagirdlərin "Hərbi qənimətlər parkı"na aparılması ilə davam etdirildi.Burada şagirdlərimizə rəşadətli Azərbaycan ordusunun qazandığı tarixi qələbə haqqında geniş məlumat verildi.
Qarabağ Azərbaycandır!
Zəfər Azərbaycanındır!