Bullinq və profilaktikası

Bullinq kiməsə ləqəb qoşmaq və alçaldıcı sözlər işlətmək,müəyyən bir işi etməyəcəyi təqdirdə qurbani fiziki şiddət göstərəcəyi ,şantaj edəcəyi, ona məxsus olan əşyalarla və ondan kiçik bacı qardaşlarına zərər yetirəcəyi ilə qorxutmaq qurupdan kənarda saxlamaq kimi formalarda törədilə bilir .Bullinq ona məruz qalanın psixoloji vəziyyətində depressiya,özünə qapanma ,antisosiallıq, intihara meyillilik düşüncələri kimi neqativ dəyişikliklərə səbəb olmaqla yanaşı eləcə də tədris təlim- tərbiyə və təhsil prosesinin düzgün həyata keçirilməsinə mane olur. Buna görə də Bullinq ictimai sağlamlıq üçün böyük bir risk hesab edildiyi üçün bu kimi halların qarşısının alınması məqsədi ilə məktəb psixoloqu Samirə Rzayeva 8b, 9a siniflərində "Bullinq və profilaktikası mövzusunda " psixoprofilaktik iş apardı.Psixoloq şagirdlərə bullinqə qarşı hansı lazımi tədbirləri görmək olduqu haqda şagirdləri marifləndirərək, mövzu ilə bağlı suallara cavab açıqlamışdır .