"Reading and Listening Skills Competition" adlı müsabiqə keçirildi

Xəzər rayonu Binə qəsəbəsi 121 nömrəli tam orta məktəbin ingilis dili müəllimləri Nəzakət Mehtiyeva və Günel Yusifkənan 9 - cu siniflər arasında şagirdlərin oxu və dinləmə bacarıqlarını inkişaf etdirmək məqsədilə,,Reading and Listening Skills Competition ,, adlı müsabiqə keçirdilər. Müsabiqədə 9b, 9d ve 9 f sinifləri iştirak etdi. İştirak edən siniflər müsabiqənin sonunda diplomlarla təltif edildilər.