Dəyirmi masa keçirildi

18 oktyabr 2023-cü il tarixində məktəbdə "Müstəqilliyin Bərpası Günü"nə həsr olunmuş, tarix müəllimi Əliyeva Vəsilənin rəhbərliyi və yuxarı sinif şagirdlərinin iştirakı ilə "Dəyirmi Masa" keçirildi.Dövlət Himni ilə başlayan tədbirdə 1918-1920 -ci illərdə mövcud olmuş AXC-nin hüquqi varisi olan və XX əsrin sonunda SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycanın dövlət müstəqilliyinin ikinci dəfə yenidən bərpa etməsi haqqında məlumat verildi. Bununla bağlı hazırlanmış videoçarx nümayiş olundu.