Erkən nikaha yox deyək

26 yanvar 2017-ci il tarixidə məktəbimizdə “Erkən nikaha yox deyək ” mövzusunda dəyirmi masa keçrildi. Dəyirmi masada psixoloq Rzayeva Samirə erkən nikahın insanın psixoloji və fizioloji durumunda fəsadları haqqında şagirdlərə geniş məlumat verdi. O, çıxışında bildirdi ki, şagirdlərin təhsildən yayınmaması, təhsilin insan həyatında mühüm rolu, ailənin və nikahın öz zamanında qurulması vacibdir .Ailə ənənələrinin və dəyərlərinin qorunub nəsillərdən nəsillərə ötürülməsinin, tərəflərin bir-birinə ailədə səbirlə, hörmətlə qayğı ilə yanaşmağının önəmli olduğu psixoloq tərəfindən qeyd edildi. Tədbirdə iştirak edən X sinif şagirdlərindən Möhsünova Nərgiz, Kərimova Zahidə, Həsənova Aytac mövzu ətrafında diskusiya apararaq öz fikirlərini bildirdilər.Göstərilən sənədli filimlər və slaydlar əsasında məktəbin Uşaq Birliyi Rəhbəri Əliyeva Sevda və təşkilatçı Kərimova Elnarə qeyd etdi ki, Azərbaycan Respublikasında 17 yaş qadınlar və 18 yaş kişilər üçün nikaha daxil olmağın qanunla təsdiq olunmasına baxmayaraq, hələdə bu qanunu nəzərə almayaraq erkən nikah quranların sayı yetərincə vardır. Onlar öz çıxışlarında şagirdlərimizə belə hallardan uzaq durmağı,birlikdə mübarizə aparmağı tövsiyyə etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi