"Milli musiqi günü"nə həsr olunmuş tədbir keçirildi

"Kiçik Akademiya"nın tədbirlər planına uyğun olaraq 18 Sentyabr "Milli musiqi günü"nə həsr olunmuş tədbir keçirildi.Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı.Tədbirin təşkilatçısı Cəfərova Xəyalə çıxış edərək "Milli musiqi günü"nün yaranması haqqında məruzə etdi.Bildirdi ki,dahi bəstəkar Üzeyir Hacıbəyli Azərbaycan musiqisinin banisi,liberettoçu, ictimai xadim olmuşdur.Musiqi akademiyası olan Şuşa şəhərində anadan olan bəstəkarın musiqimizin inkişafında böyük xidmətləri haqqında məlumat verdi.Şərqdə ilk operanı,ilk operanı,romans-qəzəli yaradan bəstəkar Üzeyir Hacıbəylinin xatirəsi hər zaman hörmətlə anılır.Şagirdlər "Milli musiqi günü"nün 1995-ci ildə H.Əliyevin fərmanı ilə hər il qeyd olunmasını qeyd etdi.Bu ənənə hər il davam edir.H.Əliyev fondunun təşkilatçılığı ilə musiqi festivalının keçirilməsini vurğuladılar.18 Sentyabr 2021-cü ildə bu ənənə bəstəkarın doğulub boya-başa çatdığı Şuşa şəhərində keçirildi.Tədbir Üzeyir Hacıbəyliyə həsr olunmuş videoçarxla sona çatdı.