VII Qrant müsabiqəsinin qalibi olan "Şəxsiyyətin tərəqqi amfiteatrı" layihəsinin açılış tədbiri oldu

Xəzər rayonu Ə.Quliyev adına 121 nömrəli tam orta məktəbdə Elm və Təhsil Nazirliyinin VII Qrant müsabiqəsinin qalibi olan "Şəxsiyyətin tərəqqi amfiteatrı" layihəsinin açılış tədbiri oldu.Tədbir məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi Ələkbərova Səmralın çıxışı ilə başladı.Layihənin məqsədi şagirdlərə aktyorluq sənətinin incəliklərini aşılamaqla onlarda ədəbiyyat və teatr sənətinə olan marağın artırılmasına,incəsənətlə maraqlanmağın şəxsiyyətin mənən kamilləşməsində,xarakterin özünü tapmasında rolunun dərk olunmasına,eləcə də onların cəmiyyətdə ünsiyyət və sosiallaşmaq,fikir və düşüncələrini sərbəst şəkildə ifadə etmək qabiliyyətinin inkişafına nail olmaqdır.Açılışda məktəbin Tədris işləri üzrə direktor müavini Ceyhun Əsgərov,Azərbaycan dili və Ədəbiyyat fənni üzrə metodbirləşmə rəhbəri Səlimova Əzizə,Fiziki tərbiyə müəllimi Qurbanov Şıxamir,Binə Mədəniyyət Mərkəzinin direktoru Vaqif Əzizov çıxış etdilər.Layihənin şagirdlər üçün önəmindən bəhs etdilər.