10 Oktyabr - Ümumdünya Psixi Sağlamlıq Günüdür

1992- ci ildən etibarən hər il oktyabrın 10- u Ümumdünya Psixi Sağlamlıq Günü kimi qeyd edilir.
Ümumdünya Psixi Sağlamlıq Gününün qeyd olunması psixi sağlamlığın problemləri onun möhkəmləndirilməsi və profilaktik üsulları barədə ictimayyətin , təhsil alanların məlumatlılığının artırılması məqsədi ilə həyata keçirilir.Məktəb psixoloqu Samirə Rzayeva maarifləndirici tədbir təşkil etdi. Psixoloq qeyd etdi ki, insanın psixi sağlamlıq səviyyəsi bir çox sosial psixoloji və bioloji amillərdən aslı olur.
Sağlamlığın ayrılmaz və əhəmiyyətli hissəsi olan psixika hər kəsə öz bacarıq və şəxsi potensialını nümayiş etdirməyə ,adi həyat streslərini dəf etməyə ,məhsuldar və faydalı iş görməyə,cəmiyyətə xeyir verməyə imkan yaradır .Psixi sağlamlığa nail olmaq üçün müasir həyatın tərkib hissəsinə çevrilən streslə mübarizə aparmaqdansa ,onu yaxın buraxmamaq daha yaxşıdır.