VII qrant müsabiqəsinin qalibi olan "Şagirdlərdə AQROPARK ideyaları" layihəsinin açılış tədbiri keçirildi

Xəzər rayonu Ə.Quliyev adına 121 nömrəli tam orta məktəbdə Elm və Təhsil Nazirliyinin VII qrant müsabiqəsinin qalibi olan "Şagirdlərdə AQROPARK ideyaları" layihəsinin açılış tədbiri keçirildi. Tədbir məktəbin biologiya müəllimi - Layihə rəhbəri Məcidova Turanın çıxışı ilə başladı. Layihənin məqsədi şagirdlərin "yaşıl elm", ekotəsərrüfat, elmi texniki və innovativ istiqamətlərində STEAM məzmunu məşğələlərinə cəlb edərək aqrotexniki bacarıqlarını formalaşdırmaq, ekodronları dizayn etməklə, məktəbin təcrübə sahəsində aqropark məzmununu tətbiq etməsi,bununla da peşə yönümlü bacarıqlarını inkişaf etdirməkdir.Tədbirdə məktəbin direktoru Zaur Yusifov, layihə eksperti "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi" döş nişanı, "Tərəqqi" medalı, STEAM Professional Development ambassador- STEAM PD Azərbaycan səfiri, "Ən Yaxşı Müəllim" müsabiqəsinin qalibi Aliyə Əhmədova, İTE- Təhsildə İnnovativ Əlavə Təhsil Mərkəzinin təlimçisi Elnarə Nərimanova, məktəbin direktor müavini Ceyhun Əsgərov çıxış etdilər. Layihənin davamlılığı ilə bağlı fikir və təkliflər səsləndirildi.

#ElmvəTəhsilNazirliyi

#VIIqrantmüsabiqəsi

#Bakışəhərtəhsilidarəsi

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi