İkinci Qarabağ müharibəsi şəhidlərinin anım tədbiri keçirildi

    İkinci Qarabağ müharibəsi şəhidlərinin anım tədbiri keçirildi. Tədbirdə məktəbin direktoru Zaur Yusifov çıxış edərək şəhid yaxınlarına baş sağlığı verdi, eyni zamanda torpaqlarımızın işğaldan azad edilməsini qürur hissi ilə xatırlatdı. Bundan əlavə, məktəbin şagird kollektivi "vətən" mövzusuna həsr olunan səhnəciklər ilə tədbirə rəng qatdılar. Tədbirdə şəhid yaxınlarının timsalında  şəhidlərimizin qəhrəmanlıqları yad edildi.

Ali Baş Komandanın vurğuladığı kimi, biz artıq qalib ölkəyik. Bu gün qələbəni fəxatətlə qeyd edir, şəhidlərimizin qarşısında məktəb kollektivi olaraq baş əyirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi