Bilik günü qeyd edildi

    15 sentyabr - Bilik günü Xəzər rayonu 121 nömrəli tam orta məktəbdə xüsusi coşğu ilə qeyd edildi. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Zaur Yusifov məktəbin birinci sinfinə daxil olan şagirdləri bu gün münasibətilə təbrik etdi, bütün müəllim və şagird kollektivinə yeni tədris ilində müvəffəqiyyətlər arzuladı. Məktəbin direktoru Ümummilli liderimiz Heydər Əliyevin təhsil siyasəti, dövlətimizin möhkəmlənib güclənməsi üçün apardığı quruculuq işlərindən bəhs etdi. Tədbirdə çıxış edən direktor müavinləri Həməşəxanım Bayramova, Bahar Ələkbərova, Ceyhun Əsgərov, məktəbin hərbi rəhbəri Seymur Bilalov da öz növbələrində şagirdləri təbrik edərək onlara uğurlar arzuladılar. Tədbir məktəblilərin hazırladıqları maraqlı səhnəciklər, musiqili kompozisiyalar, gözəl şeir qiraətləri ilə davam etdi. Bilik gününüz mübarək olsun, əziz müəllimlər və şagirdlər!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi