Təbiəti qoruyaq

Şagirdlərdə təbiətə qayğı və maraq yaratmaq məqsədi ilə “Ekologiya və iqtisadiyyat” layihəsi çərçivəsində 23 yanvar 2017-ci il tarixdə “ Təbiəti qoruyaq” başlığı altında rəsm müsabiqəsi keçirilmişdir. Müsabiqə V – IX sinif şagirdləri arasında təsviri incəsənət müəllimi Bayramnisə Quliyevanın rəhbərliyi ilə keçirilmişdir.Şagirdlər təbiətə,ekologiyanın qorunmasına olan maraq və istəklərini çəkdikləri rəsmlərdə nümayiş etdirmişlər. Müsabiqənin nəticəsinə görə IX sinif şagirdi Cəfərov Alxas,VIII sinif şagirdi Şıxəlizadə Bəxtiyar, VII sinif şagirdləri Atayeva Esmira, Rəcəbova Lamiyə və Vəlizadə Aytacın çəkdikləri rəsmlər fərqlənərək məktəbin foyesində olan sərgidə yerləşdirilmiş,qaliblər müdiriyyət tərəfindən mükafatlandırılmışdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi