Şagirdimiz "Uşaq İncəsənət Festivalının" qalibi oldu

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Heydər Əliyev Mərkəzi, Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyinin birgə təşkil etdiyi, "BP Azerbaijan" şirkətinin baş sponsorluğu ilə keçirilən Uşaq İncəsənət Festivalının qalibləri məlum oldu! (https://www.uif.az/)
Üç mərhələdən ibarət festival təqdimat və rəqəmsal incəsənət nümunələri də daxil olmaqla ümumilikdə 21 nominasiya üzrə keçirilmişdir. 7b sinif şagirdimiz Kərimli Xədicə Kübra “rəqəmsal incəsənət – “Ümummilli lider Heydər Əliyev və Azərbaycan” (videoqraf, fotoqraf, müxtəlif kompüter proqramlarında hazırlanan təqdimatlar, həvəskar bloger, 10-13 yaş qrupunda); nominasiyası üzrə 1-ci yerə layiq görülmüşdür. Şagirdimiz Kərimli Xədicə Kübra və ona tövsiyyələr verən “rəqəmsal bacarıqlar” müəllimi Abbasova Xəyalə müəllimi təbrik edir,uğurlarının davamlı olmasını arzu edirik.