Pedaqoji Şura iclası keçirilmişdir

2023-2024-cü tədris ilinin ilk Pedaqoji Şura iclası keçirilmişdir. İclası giriş sözü ilə açan məktəbin direktoru Zaur Yusifov pedaqoji kollektivi yeni tədris ilinin başlanması münasibətilə təbrik edərək müəllimlərə fəaliyyətlərində uğurlar arzuladı. Məktəbin direktoru gündəlikdə duran məsələlərdən bəhs edərkən bildirdi ki, ötən tədris ilində məktəb bir sıra nailiyyətlərə imza atmışdır. Məktəbin 11-ci sinfini bitirən məzunlardan 78 nəfəri ali məktəblərə daxil olmaq üçün imtahan vermiş, onlardan 46 nəfəri müxtəlif ali məktəblərə qəbul olmuşlar. Həmçinin Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsində Bakı şəhəri üzrə ümumilikdə 63 layihə qalib olmuş, onlardan üçü 121 nömrəli tam orta məktəbin üç müəlliminin: Turan Məcidova, Səmral Ələkbərova və Şıxamir Qurbanovun təqdim etdikləri layihələrdir. Məktəbin ibtidai siniflərində təhsil alan iki nəfər şagirdi FİSO olimpiyadasında birinci yeri tutaraq qızıl medal qazanmışlar. Daha sonra təlim-tərbiyə işləri üzrə direktor müavinləri, Həməşəxanım Bayramova, Bahar Ələkbərova, Ceyhun Əsgərov, tərbiyə işləri üzrə direktor müavini Elnarə Kərimova, məktəbin psixoloqu Samirə Rzayeva çıxış edərək gündəlikdə duran müvafiq məsələlər haqqında məlumat verdilər.