" Son zəng " tədbiri keçirildi

Məktəbimizdə "son zəng" tədbiri keçirildi. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Zaur Yusifov məzunları, onların valideynlərini orta məktəbi bitirmələri münasibətilə təbrik etdi, onlara həyat yollarında uğurlar diləyərək xoş arzularını bildirdi. Tədbirdə çıxış edən direktor müavinləri, məktəbin təşkilatçısı, uşaq birliyi rəhbəri, məktəbin psixoloqu, övladları məzunlar sırasında olan müəllimlər, Xəzər Rayonu Binə Qəsəbə Bələdiyyəsinin nümayəndəsi və digər qonaqlar təbriklərini bildirdilər, onlara gələcək müstəqil addımlarında müvəffəqiyyətlər dilədilər. Şagirdlərin maraqlı çıxışları, bir-birindən al-əlvan kompozisiyaları ilə yadda qalan tədbir gözəl anları ilə yaddaşlardan silinməyəcək.