Valideyn iclası keçirildi

Şagirdlərin təlim nailiyyətlərinin təhlili məqsədi ilə 8 - ci sinif şagirdlərinin valideynlərinin iştirakı ilə 07.06.2023, 08.06.2023 tarixlərdə valideynlər iclası keçirildi. İclası giriş sözü ilə açan məktəb direktoru Zaur Yusifov günün ən aktual məsələlərinə toxunaraq bildirdi ki, məktəblə valideyn əlaqəsi məktəblilərin qarşısına mühüm vəzifələr qoyur.Şagird şəxsiyyətinin formalaşmasında valideyn - məktəb münasibətlərinin düzgün qurulmasının çox böyük əhəmiyyəti olduğunu qeyd etdi .Direktor şagirdlərin təlim nailiyyətlərinin təhlili və təlim nəticələri haqqında sözü
Təlim - tərbiyə işləri üzrə direktor müavini Ceyhun Əsgərova verdi.
Ceyhun müəllim 8 - ci sinif şagirdləri ilə təşkil etdiyi monitorinq qiymətləndirmənin nəticələri və təhsilin keyfiyyəti haqqında valideynlərə geniş məlumat verdi .
İclasda məktəb psixoloqu Samirə Rzayeva məktəbdə ki psixoloji iqlim haqqında və yeniyetmələrin psixoloji xüsusiyyətləri, yeniyetməlik yaşında böhran problemlərinə dair valideynləri maarifləndirici mövzuda çıxış etdi.