Düzgün peşə seçimi uğurlu gələcəyin başlanğıcıdır

Yeniyetməlik dövründə yeniyetmələri gözləyən ən əsas vəzifələrdən biri də,peşə seçimidir .İnsanın peşə seçməsi və bu seçimi həyata keçirmək üçün çalışması onun bütün həyatına təsir edən faktordur .Çünki insanın peşəsi ,onun həyat tərzini,dəyərlərini ,sosial statusunu müəyyən etmədə önəmli rol oynayır.Ayrıca seçilən peşədə görülən fəaliyyətlər insanın psixi ehtiyaclarını ödəməyə və öz qüvvəsini ortaya qoymağa fürsət yaradır . Təhsil alanların düzgün peşə seçimi məqsədi ilə məktəb psixoloqu Samirə Rzayeva 07.06.2023 tarixində IX sinif şagirdlərinin iştirakı ilə dəyirmi masa təşkil etdi.Psixoloq qeyd etdi ki, peşə seçimi hər bir insanın həyatında verdiyi vacib qərarlardan biridir."Mən bu peşəni seçirəm" deməklə əslində o, öz gələcək həyatının leytmotivini müəyyənləşdirir.Çünki onun gələcəkdə həyatda tutacağı mövqe,karyerası ,gəliri və s bu seçimlə bağlı olduğunu vurğuladı .