''Suya qənaət''adlı dəyirmi masa keçirilmişdir

121 nömrəli tam orta məktəbin biologiya müəllimi Cəfərova Sevil 6-7ci siniflər arasında''Suya qənaət''adlı dəyirmi masa təşkil etdi.Dəyirmi masada müəllim muxtəlif şirin su mənbələri,onların mənbəyi haqqında ətraflı məlumat verdi.Bütün dünyada qlobal problemə çevrilən şirin su ehtiyyatların qıtlığının ölkəmizdən də yan keçmədiyini vurğuladı.Daha sonra şagirdlər bunun qarşısını almaq üçün şirin su hövzələrindən qənaətlə istifadə,duzlu suları şirin suya çevirmək üçün müxtəlif qurğulardan istifadə və.s kimi təsniflər irəli sürdülər.