"Azərbaycanda xalçaçılığın inkişafı"mövzusuna dair" Dəyirmi masa" keçirilmişdir

 

Məktəbimizin müəllimi Bayramova Bənövşə 5-ci və7-ci sinif şagirdləri ilə birgə "Azərbaycanda xalçaçılığın inkişafı"mövzusuna dair" Dəyirmi masa" təşkil etmişdi.

    Azərbaycan ərazisində aparılan arxeoloji qazıntılar hələ b.e. əvvəl II minillikdə burada kənd təsərrüfatı, heyvandarlıq, metal emalı, dulusçuluq və xalçaçılığın çox yaxşı inkişaf etdiyini sübut edir. Azərbaycanın ərazisində Gültəpə qazıntıları zamanı bizim eradan əvvəl IV-III yüzillikdə xalçaçılıqda işlədilən alətlər, boyaq maddələrin izləri aşkara çıxmışdır.
Xalçaçılıq sənəti Azərbaycanın ən qədim və məşhur xalq sənətləri növlərindən biridir. Xalça sənəti Azərbaycanda çox qədim tarixə malikdir. Bugünkü İran ərazisində (Maku şəhəri, Urmiya gölü) arxeoloji qazıntılar zamanı tapılmış müxtəlif heyvanları təsvir edən çulla bəzədilmiş fiqurlar və rəsmlər bunu sübut edir. Arxeoloqlar Mingəçevirdə III-VIII əsrlərə aid katakomba qəbirlərdən palas, xalça qalıqları və xalça toxunması alətləri aşkar etmişdirlər. 

    Azərbaycan xalçaçılıq sənəti şərti olaraq 7 xalçaçılıq məktəbinə bölünür: Quba, Bakı, Gəncə, Qarabağ, Təbriz, Şirvan və Qazax xalçaçılıq məktəbləri.
Xalça insanları birləşdirirdi, onlarda kollektivlik, bir-birinə kömək, dostluq hisslərini aşılayırdı. Çoxsaylı və müxtəlif funksiyaları özündə birləşdirən Azərbaycan xalçası bütün praktiki mənaların cəmindən daha artıq əhəmiyyət kəsb edirdi. Azərbaycan xalçası təkcə milli həyat tərzinin əsas elementlərindən, dekorativ-tətbiqi sənətin növ müxtəlifliyi deyildi, onunla xalqın mövcudluğunun mənəvi və əxlaqi normaları bağlıdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi