"Yol hərəkəti qaydaları" na dair"Dəyirmi masa" keçirilmişdir

Məktəbimizin müəllimi Səmədov Adil 5-ci və 6-cı sinif şagirdləri ilə birgə "Yol hərəkəti qaydaları" na dair" Dəyirmi masa" təşkil etmişdi.
"Dəyirmi masa" da şagirdlər yol hərəkətləri qaydaları haqqında ilkin biliklərini paylaşdılar. Daha sonra Adil müəllim uşaqlara işıqfordan, piyada zolağından düzgün istifadə qaydaları haqqında geniş məlumat verdi. Uşaqlara yol nişanları nümayiş etdirildi və bu nişanların mənası şagirdlərə mənimsədildi.