" Təhlükəsizlik: internet fırıldaqçılığı " mövzusuna həsr edilmiş dəyirmi masa keçirildi

    Məktəbimizin " Rəqəmsal bacarıqlar " və " STEAM " müəllimi Abbasova Xəyalə 6b sinif şagirdləri ilə XXI əsrin aktual mövzularından olan " Təhlükəsizlik: internet fırıldaqçılığı " mövzusuna həsr edilmiş dəyirmi masa keçirdi. Müzakirə zamanı müəllim şagirdlərə "İnternetdən təhlükəsiz istifadə qaydaları" , "şəxsi məlumatların paylaşılması", "kiberbullinq", "internet fırıldaqçıları ilə mübarizə qaydaları" haqqında ətraflı məlumat verdi, həmçinin bilmədikləri linklərə daxil olmamaq, tanımadıqları şəxslər ilə şəxsi məlumatlarını paylaşmamağı söylədi.Şagirdlər də bu mövzular haqqında öz fikirlərini söylədilər, onlar da internetdə qarşılaşdıqları fırıldaqlar barədə məlumat  verdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi