Psixodiaqnostik iş
Temperament nəzəriyyəsi çox qədim tarixə malikdir.Temperament insanin ele bir anadangəlmə xüsusiyyətidir ki,o təsirə cavab vermə sürətinin dinamik xarakteristikalarının,emosional qıcıqlanma və tarazlıq dərəcəsini,ətraf mühitə uyğunlaşma xüsusiyyətlərini şərtləndirir.
Məktəb psixoloqu Samirə Rzayeva 8e sinif şagirdlərinin temperament tipinin müəyənləşdirilməsi məqsədi ilə 02.06.23 tarixində iş apararaq şagirdlərin temperament tipi müəyənləşdirdi.
Psixoloq qeyd etdi ki, qədim yunanlara və Hippokrata görə 4 cür maye var.Bunlar qan, öd,qara öd və selikdir.Onlar düşünürlər ki, insan davranışındakı fərqlər həmin mayelərdən birinin bioloji aktivliyinə əsaslanır.Bu baxımdan 4 temperament tipi fərqləndirildi.Saqvinik, Xolerik,Fleqmatik və Melanxolik tiplər . İnsanları daha yaxından analiz etmək üçün ilkin olaraq temperament tipi müəyənləşdirilməlidir.Temperament uşaq və yeniyetməlik dövründə formalaşmağa başlayır.Onun inkişafında insanın tərbiyəsinin , həyat tərzi və ətraf mühitində rolu əvəzolunmazdır.