Breyn - rinq yarışı keçirildi

    7-ci siniflər arasında məktəbin riyaziyyat müəllimi Xuduzadə Xanlar tərəfindən riyaziyyat fənnindən “Breyn-Rinq” intelektual yarışı keçirildi.

    Yarış 1 iyun - "Uşaqların Beynəlxalq Müdafiəsi Günü"- nə həsr olunmuşdu. 1 iyun 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən qeyd olunması qərara alınıb. Həmin gün təşkil olunan "Qadınların Beynəlxalq Konfransı"nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir. 

     Breyn-rinq yarışında münsiflər heyyəti məktəbin riyaziyyat üzrə metodisti Pəncəliyeva Ülviyyə, riyaziyyat müəllimi Batiyev Səyavuş ,rus dili müəllimi İbrahimova Təhminə  müəllim iştirak edirdi.Müxtəlif mövzulardan suallar səsləndi və şagirdlər komanda şəklində cavabları hazırladılar.Yarışın sonunda " Tənasüb " komandası qalib oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi