Şəhid Əmirəhməd Ağadayı oğlu Quliyevin ad günü qeyd olundu

19.01.2017-ci il tarixində qısa və şərəfli ömür yolu keçən Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində 1966-cı il yanvar ayının 18-də anadan olmuş Quliyev Əmirəhməd Ağadayı oğlunun doğum günü münasibəti ilə onun adını daşayan 121 saylı tam orta məktəbdə anım günü qeyd olundu.Əmirəhməd Quliyev 1991-ci lin dekabr ayında könüllü olaraq vətəni yağı düşməndən azad etmək üçün Qarabağın Kərgicahan uğrunda olan döyüşlərə qatılmış,və şəhid olmuşdur.Hər il olduğu kimi şəhid böyük hörmət və ehtiramla yad olunur.Anım günündə şəhidin yaxınları,məktəbimizdə təhsil alan qardaşı qızı Quliyeva Məlahət və digər şagirdlər müəllimləri ilə birgə onun dəfn olunduğu məzarlıq ziyarətində olmuş, qəbrinin üzərinə gül dəstəsi qoyularaq yad edilmişdir.Eləcədə məktəbimizdə ucalan büstü qarşısında toplanış keçirilmiş,şəhidimiz haqqında şagirdlərə geniş məlumat verilmişdir.