20 yanvar- Azadlığa gedən yolun zirvəsidir

Təhsil müəssisələrində 20 Yanvar faciəsinin 27-ci il dönümünün qeyd edilməsi barədə hazırlanmış və təsdiq olunmuş tədbirlər planına uyğun olaraq 19.01.2017-ci il tarixində məktəbdə silsilə tədbirlər həyata keçirilmişdir.” 20 Yanvar sınağı –azərbaycanlılıq nümunəsi “ mövzusunda siniflər üzrə video çarxlar izlənilmiş, sagirdlərə geniş məlumatlar verilmişdir.I-VIII sinif şagirdləri “Qanlı şənbə gecəsi rənglərin dilində” rəsm sərgisi təşkil etmiş və rəsmlərində “Qanlı gecəni” öz fırçaları ilə əks etdirmişlər. “Vətən şəhidləri ilə ucalır” mövzusunda inşa yazı müsabiqəsi keçrilmişdir. “ 20 yanvar- “Azadlığa gedən yolun zirvəsində” mövzusunda ədəbi-bədii kompazisiya keçrilmişdir.Tədbir dövlət himni ilə açıq elan olunduqdan sonra şəhidlərin ruhuna hörmət əlaməti olaraq bir dəqiqəlik sükutla yad edilmiş,şagirdlərin ifasında vətənpərvərlik ruhunda mahnılar,səhnələr,və şeirlər dinlənilmişdir. Tədbiri təşkil edən məktəbin təşkilatçısı Kərimova Elnarə,Uşaq Birliyi Rəhbəri Əliyeva Sevda , ibtidai sinif müəllimləri Abdullayeva Vüsalə,Əhmədova Gülüs,Cəfərova Göyçək və digər müəllimlər çıxış edərək şagirdlərə bu şərəfli günü unutmamağı tövsiyə etmişlər.(19 yanvar 2017-ci il tarixdə keçirilən silsilə tədbirlərin şəkilləri Fotoqalereyada,yekun tədbirin videosu Videoqalereyada yerləşdirilmişdir)
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi